RU

Renat oynadı, komandası qalib gəldi

Azərbaycan millisinin üzvü Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.

Bizim.Media xəbər verir ki, onun çıxış etdiyi “Motor” 7-ci turda “Qurnik”in qonağı olub və 1:0 hesablı qələbə qazanıb.

Dadaşov görüşün 65-ci dəqiqəsində, komandası hesabda öndə olarkən meydana çıxıb. Qeyd edək ki, “Motor” 6 oyundan sonra 8 xalla 8-ci pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
122
3
bizim.media

4Источники