Bakı. Trend:
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəqazanan “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib.
Azərbaycan Futzal Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycançempionu bu mərhələdə Rumıniyanın “Yunayted Qalati”, Lüksemburqun“Differdanj” və Niderlandın “Tayqers Rormund” klubları iləqarşılaşacaq. Bu mərhələnin oyunları oktyabrın 28-dən noyabrın2-dək Rumıniyada keçiriləcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" F qrupunda Şimali İrlandiyanın"Sparta Belfast" klubuna 9:1, Şotlandiya "Saltires" komandasına 7:2və Avstriyanın "Ljuti Krajişniçi" kollektivinə 12:3 hesabı iləqalib gəlib.