RU

Karlos Alkaras "US Open"də 20-ci qələbəsini qazandı

Beşqat “Böyük Dəbilqə” çempionu və dünyanın ikinci raketi, ispan tennisçi Karlos Alkaras ABŞ Açıq Çempionatında (US Open) 20-ci qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, o, ümumilikdə 23 oyunda qalib gələrək bu nəticəyə nail olub. Açıq erada (1968-ci ildən) yalnız Con Makinro bu turnirdə daha az oyunla 20 qələbəyə çatıb (22 oyun).

"US Open 2025"in üçüncü turunda Alkaras İtaliya təmsilçisi, reytinqdə 34-cü yer tutan Luçano Darderi ilə qarşılaşıb və 6:2, 6:4, 6:0 hesabı ilə qələbə qazanıb.

Turnirin 1/8 finalında Alkaras Fransadan olan tennisçi Artur Rinderkneş ilə qarşılaşacaq. Rinderkneş üçüncü turda həmvətənlisi Benjamen Bonzini məğlub etmişdi.

Избранный
32
90deqiqe.az

1Источники