RU

“Gediş haqqının artacağı ilə bağlı yayılan iddialar ajiotajdır” Deputat

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Avtobusda gediş haqqının artacağı ilə bağlı yayılan iddialar ajiotajdır”.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. O bildirib ki, bu, sadəcə olaraq, insanlar  arasında yayılan söz-söhbətdir:“Tarif Şurası da toplaşmayıb. Artım sonuncu dəfə metro və avtobuslarda eyni vaxtda olub. Həmin artımın üzərindən uzun vaxt keçməyib. Hələ ki bu məsələyə baxılacağını güman etmirəm. Bununla belə, Tarif Şurasının hansı addımı atacağını mən də deyə bilmərəm. Şəxsən bu yaxınlarda hər hansı artımın olacağını gözləmirəm”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
87
1
demokrat.az

2Источники