RU

Elşən Xəzər Bakını birdəfəlik tərk edib? - EKSKLÜZİV

Meyxanaçı Elşən Xəzərin ölkədən getməsi ilə bağlı xəbər yayılıb.

Bu barədə "Yeni Sabah"a açıqlama verən həmkarı Mehman Əhmədli bildirib ki, meyxanaçı vətəndən birdəfəlik getməyib. 

"Bəli, hazırda Elşən Xəzər Moskvadadır. Birdəfəlik köçməyib. İşlə əlaqədar olaraq gedib. Təxminn 1 ildən çoxdur ki, oradadır. Rusiyada özü üçün iş qurmağa çalışır. Tez-tez Azərbaycana da gəlir. Yaxın günlərdə yenidən qayıtmalıdır vətənə. Çünki ailəsi burdadır. Hələ ki, təməlli köçməyib. pizza hut

Elşən Xəzərin birdəfəlik çıxıb getməsi haqqında söhbət yoxdur. Quracağı iş də ticarətlə bağlıdır. Çalışır, restoran tipli bir yer açmağı düşünür. Hələlik işlərini tam qaydasına qoya bilməyib". 

Xatırladaq ki, həmkarının ölkədən getməsi ilə bağlı xəbərləri Aqşin Fateh yayıb.

Aydan Hacı 


Telegram kanalımız
Избранный
10
1
yenisabah.az

2Источники