AZ

Elşən Xəzər Bakını birdəfəlik tərk edib? EKSKLÜZİV

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Meyxanaçı Elşən Xəzərin ölkədən getməsi ilə bağlı xəbər yayılıb.

Bu barədə "Yeni Sabah"a açıqlama verən həmkarı Mehman Əhmədli bildirib ki, meyxanaçı vətəndən birdəfəlik getməyib. 

"Bəli, hazırda Elşən Xəzər Moskvadadır. Birdəfəlik köçməyib. İşlə əlaqədar olaraq gedib. Təxminn 1 ildən çoxdur ki, oradadır. Rusiyada özü üçün iş qurmağa çalışır. Tez-tez Azərbaycana da gəlir. Yaxın günlərdə yenidən qayıtmalıdır vətənə. Çünki ailəsi burdadır. Hələ ki, təməlli köçməyib. pizza

Elşən Xəzərin birdəfəlik çıxıb getməsi haqqında söhbət yoxdur. Quracağı iş də ticarətlə bağlıdır. Çalışır, restoran tipli bir yer açmağı düşünür. Hələlik işlərini tam qaydasına qoya bilməyib". 

Xatırladaq ki, həmkarının ölkədən getməsi ilə bağlı xəbərləri Aqşin Fateh yayıb.

Aydan Hacı 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
yenisabah.az

2Mənbələr