RU

Sahibkarlar yanğından müdafiəyə niyə vəsait ayırmır? “Halbuki zərərdən 10 qat az olur”

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Bir neçə gün bundan öncə yanğın təhlükəli obyekt hesab olunaraq fəaliyyətinə məhdudiyyət qoyulan soyuducu təmiri sexi barədə görüntüləri izlədik. Həqiqətən də, yalnız obyektin özü deyil, ətrafda yaşayan insanların həyatı üçün də ciddi təhlükə var”.

Bu sözləri “Yeni Sabah”a texniki təhlükəsizlik eksperti Orxan Musayev bildirib.

O qeyd edib: “Baş verə biləcək yanğın hadisələrinə müdaxilə etmək üçün istənilən müəssisədə ilkin yanğınsöndürmə vasitələri mövcud olmalıdır. İlkin yanğınsöndürmə vasitələrinin mövcud olması ilə yanaşı, onların daim işlək vəziyyətdə saxlanılması da tələb olunur. Marqarita pizza

Yanğın təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün hər bir müəssisədə məsul şəxslər təyin olunmalı və həmin şəxslər yanğın təhlükəsizliyi avadanlıqlarının, ilkin yanğınsöndürmə vasitələrinin və ümumiyyətlə, yanğın təhlükəsizliyi rejiminin tətbiqi istiqamətində işlər aparılmalıdır. Təəssüf ki, bəzi müəssisələrdə hələ də bu məsələyə ciddi yanaşılmır.

Belə müəssisələr həm özləri, həm də ətrafda yaşayan insanlara və ətraf mühitə ciddi ziyan vurur.

"Yanğın təhlükəli obyekt" anlayışına gəldikdə isə, obyektdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun rejim müəyyən olunmayıbsa, yəni əsas tələblər yerinə yetirilməyibsə, bu obyektlər təhlükəli hesab olunur. Ən vacib tələblərdən biri ilkin yanğınsöndürmə vasitələrinin təmin olunması, fövqəladə hal zamanı insanların təxliyəsi üçün planın hazırlanması, işçilərin yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmasıdır”.

Ekspert bildirib ki, son günlər baş verən yanğın hadisələri bir daha göstərir ki, elektrik qurğularının mütəmadi olaraq yoxlanılması zəruridir:

“Naqillərdə baş verən qısa qapanmalar yanğına səbəb olur. Əgər bu hadisələrin qarşısı vaxtında alınmazsa, hətta insan tələfatına gətirib çıxara bilər.

"Yanğın təhlükəli" hesab olunan obyektlər əksər hallarda binaların zirzəmi və birinci mərtəbələrində yerləşir. Bu, yanğın zamanı təkcə obyektin əmlakına deyil, həmin binada yaşayan sakinlərin həyatına da təhlükə yaradır.

Statistika göstərir ki, yanğın təhlükəsizliyi üçün əvvəlcədən ayrılan vəsait, yanğın hadisəsi baş verdikdən sonra dəyən zərərdən 10 qat az olur. Məqsədimiz yanğın baş verəndən sonra onun qarşısını almaq deyil, ümumiyyətlə, baş verməməsi üçün öncədən qabaqlayıcı tədbirlər görmək olmalıdır”.

Aytac Əliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
65
1
yenisabah.az

2Источники