RU

Ermənistanın ABŞ-dakı sabiq səfiri Paşinyanın baş müşaviri təyin olunub

Ermənistanın ABŞ-dakı sabiq səfiri Lilit Makunts Nikol Paşinyanın baş müşaviri təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.

Qeyd edək ki, Makunts ötən gün Ermənistan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Narek Mkrtçyan isə Ermənistanın ABŞ-dakı yeni səfiri təyin edilib. Narek Mkrtçyan Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsində çalışıb. Onun yerinə isə sabiq səhiyyə naziri Arsen Torosyan təyin edilib.

Избранный
35
10
operativmm.az

10Источники