RU

DYP küləkli hava ilə bağlı sürücülərə müraciət edib

DYP

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.Bu barədə Ulusum.az-a İdarədən məlumat verilib. Bildirilib ki, bir neçə gündür davam edən küləkli hava şəraiti respublikanın müxtəlif bölgələrində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır:"Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.Eyni zamanda piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı isə daha ehtiyatlı davranmaları vacibdir".Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmağa çağırır.

Diqqət Çəkənlər

Yeniyetmələrdə «Pokerface»: dəb, yoxsa gizli kömək çağırışı?

Uğursuzluqlar – gələcək uğurun açarıdır

WSJ: Baş direktor GROSSİ-yə İran təhdidi səbəbilə xüsusi mühafizə

Избранный
47
20
ulusum.az

10Источники