AZ

Yol polisindən piyada və sürücülərə müraciət

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Yenisabah.az xəbər verir ki, müraciətdə bir neçə gündür davam edən küləkli hava şəraiti respublikanın müxtəlif bölgələrində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaratdığı bildirilib:

"Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. pizza

Piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı isə daha ehtiyatlı davranmaları vacibdir".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmağa çağırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
12
yenisabah.az

10Mənbələr