Bu ifadələr ölkənin "Joxovurd" qəzetininməlumatındadiqqətə çatdırılır. Qəzet Ermənistan Dövlət Statistika Komitəsinin rəqəmləri ilə "Luys" Fondunun analitik hesabatını qarşılaşdıraraq vurğulayır ki, hökumət borc bataqlığına batıb.
"2024-cü ilin iyul ayı ilə müqayisədə dövlət borcu 14,3% artaraq təqribən14,1 milyarddollara çatıb. Nazirlər Kabinetinin borcu daha sürətlə çoxalır: 14,8% artımla hazırda 13,6 milyard dollar həcmindədir. Ümumilikdə daxili borc (dram əsasında) 16,2%, xarici borc isə 11,9% yüksəlib",– qəzet bildirir.
"Joxovurd" bu borc bataqlığını "gələcək nəsillərin boynuna qoyulan yük" adlandıraraq, hökuməti"məzmunsuz, proqramsız, hesabatsız və proqnozsuz idarəçilik"dətəqsirləndirir.
Firudin Həmidli
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта