AZ

Ermənistanın dövlət borcu artır

“Ermənistanın dövlət borcu hakimiyyətin fəaliyyətsizliyi, yaxud yanlış idarəçiliyi ucbatından sürətlə artmaqdadır”.

Baues.az xəbər verir ki, bu ifadələr ölkənin “Joxovurd” qəzetinin məlumatında diqqətə çatdırılır. Qəzet Ermənistan Dövlət Statistika Komitəsinin rəqəmləri ilə “Luys” Fondunun analitik hesabatını qarşılaşdıraraq vurğulayır ki, hökumət borc bataqlığına batıb.

“2024-cü ilin iyul ayı ilə müqayisədə dövlət borcu 14,3% artaraq təqribən 14,1 milyard dollara çatıb. Nazirlər Kabinetinin borcu daha sürətlə çoxalır: 14,8% artımla hazırda 13,6 milyard dollar həcmindədir. Ümumilikdə daxili borc (dram əsasında) 16,2%, xarici borc isə 11,9% yüksəlib”, – qəzet bildirir.

“Joxovurd” bu borc bataqlığını “gələcək nəsillərin boynuna qoyulan yük” adlandıraraq, hökuməti “məzmunsuz, proqramsız, hesabatsız və proqnozsuz idarəçilik”də təqsirləndirir.

Seçilən
5
2
icma.az

3Mənbələr