RU

Azərbaycan Uqanda əməkdaşlığı müzakirəsi

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avqustun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimba arasında görüş keçirilib.

Söhbət zamanı Azərbaycan–Uqanda münasibətlərinin siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, humanitar və sair aspektləri, regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Afrika İttifaqı çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional məsələlər müzakirə olunub.

Azərbaycan və Uqanda arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə qarşılıqlı təbriklərini çatdıran tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcudluğunu məmnunluqla qeyd ediblər. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslərin həyata keçirilməsi, o cümlədən hərəkatın Gənclər Təşkilatının əsasının qoyulması zamanı sərgilənən birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov, həmçinin müqabil tərəfə ölkəmizin alternativ enerji mənbələrinin inkişafı və istifadəsinin genişləndirilməsi üzrə təşəbbüs və planları barədə ətraflı məlumat verib, bərpaolunan enerji sahəsinin əməkdaşlığın inkişaf etdirilməsi üzrə potensial istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın “ASAN xidmət” modelinin Uqandada uğurlu tətbiqinin ölkələrimiz arasında təcrübə mübadiləsinin faydalılığının göstəricisi olduğu vurğulanıb.

***

Həmin gün Azərbaycan Respublikası ilə Uqanda Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib. Müzakirəyə Azərbaycandan nazir müavini Yalçın Rəfiyev, Uqanda tərəfindən isə xarici işlər üzrə dövlət naziri Con Mulimba rəhbərlik edib.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
71
17
xalqqazeti.az

10Источники