Azərbaycanın Venesueladakı səfiri Ruslan Rzayev etimadnaməsini ölkənin Prezidenti Nikolas Maduroya təqdim edib.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, Venesuela Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.
Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
N.Maduro Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq, səmimi qonaqpərvərliyə görə dövlət başçısına bir daha təşəkkürünü bildirib.
Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, eyni zamanda, iqtisadi, ticari, enerji, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

10Источники
-
news24.azSəfirimiz etimadnaməsini Venesuela Prezidentinə təqdim etdi - FOTO ( 20773326)
-
sia.azAzərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim edib FOTO ( 20777437)
-
baki-xeber.comNikolas Maduro Azərbaycan səfirinin etimadnaməsini qəbul edib ( 20775686)
-
yeniazerbaycan.comAzərbaycan səfiri etimadnaməsini Venesuela Prezidentinə təqdim edib ( 20775529)
-
icma.azAzərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim edib ( 20775302)
-
operativmm.azAzərbaycan səfiri etimadnaməsini Nikolas Maduroya təqdim edib ( 20775186)
-
demokrat.azSəfirimiz etimadnaməsini Venesuela Prezidentinə təqdim etdi — FOTO ( 20774427)
-
xezerxeber.azAzərbaycan səfiri etimadnaməsini Venesuela Prezidentinə təqdim edibFOTO ( 20774391)
-
azerbaijan-news.azAzərbaycan səfiri etimadnaməsini Venesuela Prezidentinə təqdim edib ( 20774124)
-
moderator.azAzərbaycan səfiri etimadnaməsini Venesuela Prezidentinə təqdim etdi - FOTO ( 20773914)