RU

Hava limanında oğurluq edən şəxslər saxlanılıblar

Naxçıvanda hava limanında  oğurluq edən şəxslər saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində  qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn  Həmzəyev və tanışı  20 yaşlı Səid Kərimli saxlanılıblar. 

Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 min manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər. 

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebheinfo.az" 

Избранный
2
29
cebheinfo.az

10Источники