AZ

Naxçıvan hava limanında 10 min manatlıq qızıl zinət əşyaları oğurlanıb

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

Naxçıvanda hava limanında oğurluq edən şəxslər saxlanılıb. SİA xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar.

Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 min manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
31
sia.az

10Mənbələr