Maykl Ceksonun böyük oğlu Prins Cekson (əsl adı Maykl Cozef Cekson-kiçik) sevgilisinə evlilik təklifi edib.
Bu barədə TMZ məlumat yayıb.
Müğənninin varisi kollec sevgilisi Molli Şirmanqın barmağına üzük taxıb. Mənbənin bildirdiyinə görə, cütlük on il birlikdə yaşadıqdan sonra münasibətlərini rəsmiləşdirməyə qərar veriblər.
"Molli və mən birlikdə çox vaxt keçirdik və inanılmaz xatirələr yaşadıq. Biz dünyanı gəzdik, orta məktəbi bitirdik və birlikdə böyüdük. İndi isə böyüməyə və yeni xatirələr yaratmağa davam edəcəyimiz üçün həyatımızın növbəti fəslini səbirsizliklə gözləyirəm. Səni sevirəm, balam", - o yazıb.
Oxu.az
Tarix: 28 Avqust 2025, 09:20