RU

Ağstafada aqroturizm sahəsində mövcud imkanlar müzakirə olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ağstafada "Aqroturizm sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər" mövzusunda sahibkarlarla görüş keçirilib. 

Görüşdə rayon icra hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Turizm Agentliyinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesterinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Sahibkarlığın İnkişafı Fondunun, "Bank Respublika"nın Qazax filialının və digər aidiyyəti qurumların nümayəndələri, eləcə də rayonda heyvandarlıq və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər. Çıxış edənlər aqroturizmin inkişafı ilə bağlı fikirlərini bildirmişlər. KOBİA-nın, Dövlət Turizm Agentliyinin və digər dövlət qurumlarının nümayəndələri bu istiqamətdə birgə həyata keçirilən layihələr barədə məlumat vermişlər.

Tədbirdə həmçinin üzümçülük və şərabçılıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təklifləri və müraciətləri dinlənilmiş, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə danışılmışdır.

 Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır. 

S.YUNİSOĞLU,

"Azərbaycan"

Избранный
25
azerbaijan-news.az

1Источники