RU

Rob Sobhani Azərbaycan-ABŞ münasibətlərindən danışıb

ABŞ-da nəşr olunan nüfuzlu The Washington Times qəzetində Corctaun Universitetinin professoru, fəlsəfə doktoru Rob Sobhaninin  avqustun 8-də da Ağ Evdə keçirilən üçtərəfli görüş – Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Tramp arasındakı danışıqlara dair məqaləsi dərc olunub.

Sobhani qeyd edir ki, prezident Əliyev sülh bəyannaməsinin imzalanması mərasimində Trampı “dünyanın ən mühüm lideri” adlandıraraq Vaşinqtonda tarixi açıqlama verib.

O, Əliyevi Trampın qlobal miqyasda ən etibarlı müttəfiqlərindən biri hesab edir.

Professor xatırladır ki, Əliyev strateji quru dəhlizini Trampın adını daşıyan “Beynəlxalq Sülh və Çiçəklənmə üçün Tramp Marşrutu” (TRIPP) adlandıraraq ABŞ-a hörmət göstərib. Bu layihə həmçinin Amerikanın əsas rəqibi olan İranla sərhəddə yeni geosiyasi reallıq yaradıb.

Məqalədə Əliyevin qlobal enerji təhlükəsizliyi, Transxəzər qaz kəmərinin reallaşması, eləcə də Azərbaycanın dini tolerantlığı, İsraillə münasibətləri vurğulanır.

Sobhani yazır ki, prezident Əliyev süni intellekt və innovasiya sahəsində ABŞ özəl sektoru və universitetləri ilə əməkdaşlığa hazırdır.

Onun sözlərinə görə, Tramp dünyada etibarlı müttəfiq axtarırsa, Əliyevdən daha münasib lider tapa bilməz.

N.Təbrizli

Избранный
47
1
anews.az

10Источники