AZ

“Mitsubishi” şirkəti Yaponiyanın külək enerjisi layihələrindən çıxacaq

Yaponiyanın “Mitsubishi” korporasiyası və onun tərəfdaşı “Chubu Electirc” ölkədəki dəniz külək stansiyaları layihələrindən artan xərclər və gəlirsizliyə görə geri çəkilir.

“İki sahil” xəbər verir ki, bu barədə “Nikkei” biznes qəzeti mənbələrə istinadən məlumat yayıb.

Onun qiymətləndirməsinə görə, vəziyyət bərpa olunan enerji siyasətinin təkmilləşdirilməsi problemlərini ön plana çıxarır. “Mitsubishi” və “Chubu Electric” 2021-ci ildə Tiba və Akita prefekturalarının sahilyanı ərazilərində üç külək enerjisi layihəsini həyata keçirmək üçün tenderin qalibi olub.

Bu layihələr hökumətin bərpa olunan enerjinin təşviqi proqramı ilə əhatə edilib, ona görə təchizatçılar elektrik enerjisini şəbəkə şirkətlərinə 20 il ərzində sabit tariflərlə satırlar.

Tender zamanı “Mitsubishi” şirkəti ən aşağı qiyməti - kilovat-saat üçün 11-16 yen (0,075-0,11 dollar) təklif edib. O zaman bu qiymət qazanc əldə etməyə imkan verirdi, lakin JERA enerji şirkətinin məlumatına görə, 2020-ci ildən 2024-cü ilə qədər külək turbinlərinin alınmasının dəyəri 50-80 % artıb. Nəticədə layihələr rentabelsiz olub. Hökumət elektrik enerjisinin qiymətlərinin subsidiyalaşdırılmasını təklif edib, lakin “Mitsubishi”nin tenderdəki rəqibləri buna qarşı çıxıblar.

Daha əvvəl dənizdə tikinti işləri aparmalı olan “Kajima” mühəndis şirkəti layihələrdən çəkilib.

Seçilən
46
3
ikisahil.az

10Mənbələr