RU

Türkiyə sülh müqaviləsindən sonra sərhədi aça bilər - Mirzoyan

Ermənistan və Türkiyə həm rəsmi, həm də qapalı formatda “dinamik və məzmunlu dialoq” aparır. Bu barədə  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə bildirir ki, “bizim problemimiz yoxdur, sərhədi açmağa və münasibətləri qurmağa hazırıq, amma bunu Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalandıqdan sonra etməliyik”.

Mirzoyan əlavə edib ki, formal olaraq imzalama olmasa da, müqavilə qeyri-rəsmi şəkildə paraflanıb və bundan sonra Ermənistan-Türkiyə arasında infrastrukturun açılması gözlənilə bilər.

“Amma mən Türkiyə rəsmilərinin və ekspertlərinin nə düşündüyü barədə nəticə çıxara bilmərəm. Gedişatı izləyəcəyik”, –  o bildirib.

N.Təbrizli

Избранный
42
13
anews.az

10Источники