ain.az, Oxu.az saytına istinadən bildirir.
Bu il ali məktəblərə qəbulda Qəbələ məktəbləri fərqlənib.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Qəbələ şəhər 4 nömrəli tam orta məktəbin XI "a" sinfinin 19 məzununun hamısı ali məktəbə qəbul olub.
Onlardan dördü 650-dən yuxarı nəticə göstərib. 619 bal toplamış Zəhra Hümbətova isə Qarabağ Universitetinin Tibb fakültəsini seçib.
Qəbələ şəhər 2 nömrəli tam orta məktəb də uğurlu nəticələrlə seçilib. Həmin məktəbin eyni sinfinin 21 məzunu tələbə adını qazanıb. Onlardan 6 nəfər məktəbi qırmızı attestatla bitirib. Bu məktəbin məzunları arasında hərbi ixtisaslara üstünlük verənlərin sayı daha çoxdur.
Ümumilikdə, bu il rayon üzrə 830 şagird ali məktəblərə sənəd verib. Onlardan 584 nəfər qəbul olub. Qəbul olanlardan 54 nəfəri 600-dən yuxarı bal toplayıb.
Qeyd edək ki, avqustun 22-də ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub.
Ətraflı süjetdə:
Qəbələ məktəbliləri fərqləndi: 54 nəfər 600 baldan yuxarı topladı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.