RU

Çempionlar Liqası: “Araz-Naxçıvan” 9:1 hesabı ilə qələbə qazandı

BAKI, 27 avqust. TELEQRAF

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayıb.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi qrup oyununda Şimali İrlandiyanın “Sparta Belfast” klubunu 9:1 hesabı ilə məğlub edib.

“Araz-Naxçıvan” sabah Şotlandiya “PYF Saltires”i ilə qarşılaşacaq.

Qeyd edək ki, qrupun bütün oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Избранный
29
teleqraf.com

1Источники