BAKI, 27 avqust. TELEQRAF
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayıb.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi qrup oyununda Şimali İrlandiyanın “Sparta Belfast” klubunu 9:1 hesabı ilə məğlub edib.
“Araz-Naxçıvan” sabah Şotlandiya “PYF Saltires”i ilə qarşılaşacaq.
Qeyd edək ki, qrupun bütün oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.