RU

Ukraynanın ABŞ dəki yeni səfiri bəlli oldu

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Olqa Stefanişina Ukraynanın ABŞ-dəki səfiri olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.

Ukrayna lideri bildirib: “Mən indicə Ukraynanın ABŞ-dəki yeni səfiri Olqa Stefanişina ilə danışdım. Rəsmi prosedurlar başa çatıb. Bu gün mən səfirin təyin edilməsi haqqında fərman imzaladım”.

Qeyd edək ki, 40 yaşlı Stefanişina Odessada anadan olub. O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Beynəlxalq hüquq üzrə magistr dərəcəsi və ingilis dilindən tərcüməçi ixtisası alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
61
5
icma.az

6Источники