RU

Bakının daha 4 rayonunda söküntü olacaq – ÜNVANLAR

Bakının daha 4 rayonunda qəzalı və yaşayışa yararsız evlərin sökeülməsi nəzərdə tutulur.

FED.az xəbər verir ki, söküntü işləri Bakının Səbail, Binəqədi, Subançu və Suraxanı rayonları ərazisində aparılıcaq.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdirma Mərkəzi adlı qurum Səbail, Binəqədi, Subançu və Suraxanı rayonları ərazisində istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidmətini almaq üçün tenderlər elan edib.

Elanlara əsasən Səbail rayonu ərazisində söküntü işləri Salman Mümtaz küçəsində, ev 30 və uv 34 ünvanında, eləcə də Dağlıq küçəsi 24 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalarda aparılacaq.

Tender elanına əsasən layihə ilə bağlı təkliflər sentyabrın 18-dək təqdim olunmalıdır. Ehtimal olunan qiyməti 69 min manatdır.

Binəqədi rayonunda isə söküntü işləri 1-ci Mədən küçəsi, korpus 54, korpus 73 və korpuz 98 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalarda aparılacaq. Tender elanına əsasən layihə ilə bağlı təkliflər sentyabrın 19-dək təqdim olunmalıdır. Ehtimal olunan qiyməti 20 min manatdır.

Sabunçu rayonunda işlər rayonun Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və 6 ünvanlarında, Y.Qasımov küçəsi, ev 39 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalarda aparılacaq.

Suraxanıda isə söküntü işləri rayonun Bakı Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binasında aparılacaq.

Tender elanına əsasən Sabunçu və Suraxanı rayonlarındakı işlər üzrə bağlı təkliflər sentyabrın 17-dək təqdim olunmalıdır. Ehtimal olunan qiyməti 63 min manatdır.

Избранный
16
fed.az

1Источники