RU

ABŞ-da məktəbdə atışma olub – YENİLƏNİB

Vaşinqton, 27 avqust , AZƏRTAC

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş atışma barədə məlumatlandırıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, Federal Təhqiqatlar Bürosunun hadisəyə dərhal cavab verdiyini söyləyib “Onlar hadisə yerindədirlər. Ağ Ev bu dəhşətli vəziyyəti izləməyə davam edəcək. Hadisəyə cəlb olunmuş hər kəs üçün mənimlə birlikdə dua etməyinizi xahiş edirəm”,- deyə ABŞ Prezidenti sosial media hesabında yazıb.

19:01

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ştatın qubernatoru Tim Uolz məlumat verib. "Bu dəhşətli zorakılıq aktına məruz qalan uşaqlarımız və müəllimlərimiz üçün dua edirəm",- deyə o, sosial media hesabında yazıb.

Uolz bildirib ki, səlahiyyətli şəxslər hadisə yerindədirlər.

Polis isə atəş açan şəxsin zərərsizləşdirildiyini açıqlayıb.

Qurbanların sayı barədə hələlik məlumat verilməyib.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
92
3
azertag.az

7Источники