Ermənistan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfir təyin edilib.
Konkret.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Prezidentinin Fərmanı Baş nazirin təklifi əsasında Konstitusiyanın 132-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə, habelə “Diplomatik xidmət haqqında” Qanunun 13-cü maddəsinin 3-cü hissəsinə və 14-cü maddəsinə uyğun olaraq təyin edilib.
Qeyd edək ki, nəşr avqustun 5-də Narek Mkrtçyanın Ermənistan Respublikasının ABŞ-dakı səfiri təyin ediləcəyini yazmışdı.
Dəniz Pənahova