RU

Kabildə avtobusun aşması nəticəsində 25 nəfər ölüb

Kabildə avtobusun aşması nəticəsində 25 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər həyatını itirib, 27 nəfər yaralanıb.

Tolo News-un məlumatına görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Abdulmətin Qani Kabildə baş verən yol qəzası ilə bağlı açıqlama verib.

Qani bildirib ki, hərəkətdə olan sərnişin avtobusu yol kənarına çıxaraq aşıb. Qəza nəticəsində 25 nəfər ölüb, 27 nəfər yaralanıb.

Sözçü qeyd edib ki, qəzanın baş verməsinə sürücünün laqeydliyi səbəb olub.

Избранный
13
afn.az

1Источники