RU

Ermənistan müxalifətinin 2 sentyabr etirazları: gözləntilər və reallıq

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2 sentyabr tarixi Ermənistan siyasi həyatında xüsusi simvolizm daşıyır. Çünki, məhz həmin gün separatçılar qondarma “artsax respublikası”nı elan etmişdilər. Bu il isə Ermənistan müxalifəti bu tarixdə hökumətə qarşı etiraz aksiyası planlaşdırır.

Ermənistan müxalifəti niyə məhz 2 sentyabr tarixini etiraz üçün seçib? Bu etirazların əsas məqsədi nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, 2 sentyabr separatçılar üçün saxta dövlətçilik simvoluna çevrilmişdi və müxalifət bu tarixi öz siyasi kampaniyalarında alətə çevirmək istəyir. Z.Qarayevaya görə, onlar düşünürlər ki, məhz bu gün etiraz etməklə emosional təsir yarada, hökumətə qarşı ictimai dəstəyi gücləndirə bilərlər. Əslində isə bu tarix Ermənistanın iflasa uğramış siyasətinin acı nəticəsini xatırladır və çoxları üçün məğlubiyyətin simvoludur.

Müsahibimiz hesab edir ki, müxalifətin hədəfi hökuməti zəiflətmək, Paşinyanı xalq arasında nüfuzdan salmaq və Qarabağ məsələsi üzərindən yeni siyasi kart qazanmaqdır. Onlar revanşist düşüncələri diri saxlamaqla elektoratın bir hissəsini öz ətrafına toplamaq niyyətindədirlər. Lakin əhalinin böyük qismi artıq müharibə istəmir və reallığı qəbul edir, bu isə müxalifətin planlarını çətinləşdirir.

Politoloq qeyd edib ki, Ermənistan cəmiyyətində artıq “artsax” ideyası əvvəlki kimi dəstək görmür. Əhalinin çoxu başa düşür ki, bu xəyal ölkəni yalnız yeni fəlakətlərə sürükləyib. Buna görə də geniş kütlələrin küçələrə çıxması gözlənilmir, yalnız kiçik bir radikal qrup fəallıq göstərə bilər.

Züriyə Qarayeva: Müxalifətin hədəfi Paşinyanı xalq arasında nüfuzdan salmaq, Qarabağ məsələsi üzərindən yeni siyasi kart qazanmaqdır

Bu aksiyaların region üçün hansısa təhlükəsinin ola biləcəyinə gəlincə, həmsöhbətimiz deyib ki, əslində aksiyalar daha çox Ermənistan daxilində siyasi gərginlik yarada bilər:

"Əgər müxalifət xalqı müharibə çağırışlarına sürükləsə, bu, ölkənin daxili sabitliyini pozacaq və hökumətlə xalq arasında uçurumu dərinləşdirəcək. Region üçün isə real hərbi təhlükə gözlənilmir, çünki cəmiyyət yeni müharibəyə hazır deyil və beynəlxalq mühit də buna imkan vermir".

Z.Qarayevanın sözlərinə görə, Azərbaycan üçün əsas prioritet sülh gündəliyinin həyata keçirilməsi və imzalanacaq sazişin reallaşdırılmasıdır. Bakı bu cür aksiyaları Ermənistanın daxili məsələsi kimi görsə də, revanşizm cəhdlərinə qarşı daim ayıqdır və buna cavab verəcək gücdədir. Azərbaycanın güclü ordusu və beynəlxalq legitim mövqeyi bu cür təhlükələri neytrallaşdırır.

"Böyük ehtimalla aksiyalar simvolik xarakter daşıyacaq və müxalifətin zəifliyini daha aydın göstərəcək. Ermənistanda ciddi siyasi dəyişiklik baş verməsi real görünmür, çünki ictimai rəy radikal revanşistləri dəstəkləmir. Əksinə, bu proses Paşinyanın sülh istiqamətində addımlar atması üçün əlavə arqument ola bilər", - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
bakivaxti.az

1Источники