RU

Əfqanıstanda dəhşətli qəza: 25 ölü, 27 yaralı...

Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusu qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Arqandi rayonunda sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər ölüb, 27 nəfər yaralanıb.

Qəzanın sürücünün yol verdiyi ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Избранный
8
2
axar.az

3Источники