RU

“Milan”ın futbolçusu karyerasını bitirdi

BAKI, 27 avqust. TELEQRAF

İtaliyanın “Milan” klubunu futbolçusu Alessandro Florensi karyerasını bitirib.

Teleqraf xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

İtaliya millisi ilə AVRO-2020-nin qalibi olan oyunçu 2021-ci ildən “Milan”da çıxış edirdi. O, “rossoneri”lərlə İtaliya çempionu və ölkə Superkubokunun qalibi olub.

Qeyd edək ki, Alessio Florensi peşəkar karyerasının böyük hissəsini (2010-2022) keçirdiyi "Roma"nın yetirməsidir. O, Fransada PSJ, İspaniyada “Valensiya” və vətənində “Krotone” kimi klubların da şərəfini qoruyub.

Избранный
54
teleqraf.com

1Источники