Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara ümumilikdə 1049 lisenziya verilib.
“Report” bu barədə nazirliyə istinadən xəbər verir ki, onlardan 769-u elektron qaydada təqdim olunub.
Bu ilin 7 ayında verilən lisenziyaların əsas hissəsi aşağıdakı sahələr üzrə qeydə alınıb.
Azərbaycanda verilmiş lisenziyaların sahələr üzrə bölgüsü belədir: tikinti-quraşdırma işləri üzrə 251, əczaçılıq fəaliyyəti üzrə 170, özəl tibb fəaliyyəti üzrə 127, rabitə xidmətləri üzrə 148, layihələndirmə (tikintisinə icazə tələb olunan və məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi) üzrə 86, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması üzrə 75, baytarlıq preparatlarının istehsalı və satışı üzrə 32, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı və idxalı üzrə 34, digər fəaliyyət sahələri üzrə isə 126 lisenziya verilib.
Xatırladaq ki, “Lisenziyalar və icazələr” portalı 2018-ci ildən fəaliyyət göstərir və ötən müddət ərzində portal vasitəsilə 6 556 elektron lisenziya təqdim olunub.