RU

“ABŞ ilin sonuna qədər Ukrayna üzrə sülh sazişinin əldə edilməsinə yanaşma tapılacağını gözləyir” - Trampın xüsusi elçisi

 

 

ABŞ  prezidentinin  xüsusi elçisi Steve Witkoff bildirib ki, Rusiya prezidenti Vladimir Putin müharibəni bitirmək niyyətindədir.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, xüsusi elçi Rusiya-Ukrayna müharibəsinin “mürəkkəb münaqişə” olduğunu bildirib.

Düşünürəm ki, sonda ikitərəfli görüşü görə bilərik. Mənim şəxsi fikrim budur ki, ABŞ prezidenti  də masa arxasında oturmalıdır”, - deyə Witkoff qeyd edib

Vitkoff bildirib ki, ABŞ ilin sonuna qədər və bəlkə də bundan daha tez Ukrayna üzrə sülh sazişinin əldə edilməsinə yanaşma tapılacağını  gözləyir.

 

Elcan

Missiya.Az

Избранный
11
missiya.az

1Источники