ABŞ prezidentinin xüsusi elçisi Steve Witkoff bildirib ki, Rusiya prezidenti Vladimir Putin müharibəni bitirmək niyyətindədir.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, xüsusi elçi Rusiya-Ukrayna müharibəsinin “mürəkkəb münaqişə” olduğunu bildirib.
Düşünürəm ki, sonda ikitərəfli görüşü görə bilərik. Mənim şəxsi fikrim budur ki, ABŞ prezidenti də masa arxasında oturmalıdır”, - deyə Witkoff qeyd edib
Vitkoff bildirib ki, ABŞ ilin sonuna qədər və bəlkə də bundan daha tez Ukrayna üzrə sülh sazişinin əldə edilməsinə yanaşma tapılacağını gözləyir.
Elcan
Missiya.Az