RU

“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan ETİRAZ

“Bu qurumun fəaliyyəti ilə bağlı hansısa razılıq ifadə etmək mümkün deyil. Çünki hamımız tıxacda qalırıq. Mənə elə gəlir ki, AYNA əvvəlcə öz “aynasına” baxmalıdır və real vəziyyəti görməlidir. Bakı şəhərində hərəkət etmək mümkün deyil. Alternativlər haqqında düşünülməlidir”.

Sitat.info xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki, AYNA bütün məsələləri vətəndaşların üzərinə yükləyib, vətəndaşı çətin vəziyyətdə qoymaq anlayışından uzaq durmalıdır:

“Cərimələri bu qədər artırırlar, nə olsun?

Bu vəsait vətəndaşların cibindən çıxır. Prezident bunlara inanaraq, səlahiyyət verərək hansısa problemin həllini tapşırıbsa, bu işə daha məsuliyyətli yanaşmalıdırlar, vətəndaş məmnunluğunu təmin etməlidirlər.

Bu məsələ çox ciddi və ictimai narazılıq yaradan məsələdir. Ən böyük məsuliyyət bu qurumun üzərinə düşür, bu qurum da öz məsuliyyətini başa düşərək problemin həlli üçün konkret addımlar atmalıdır”.

Избранный
32
10
sitat.info

10Источники