RU

Avqust ayının bütün sosial ödənişləri yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqust ayının bütün sosial ödənişləri başa çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Belə ki, avqustun 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə avqust ayının pensiyaları, avqustun 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib. Avqustun 27-də isə avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları verilib.

Избранный
46
43
operativmm.az

10Источники