RU

Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qırğız həmkarı Jeenbek Kulubayevlə telefon danışığı aparıb.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Qırğızıstan XİN rəhbəri Vaşinqton razılaşmalarına görə Mirzoyanı təbrik edib. 

Bildirilib ki, Ararat Mirzoyan əldə olunmuş razılaşmaların təfərrüatlarını, o cümlədən Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin və sülhün yaradılması haqqında Sazişin paraflanması, eləcə də regional infrastrukturların blokdan çıxarılması ilə bağlı açılan imkanlar barədə həmkarını məlumatlandırıb.

Tərəflər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
31
5
missiya.az

6Источники