ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Qırğızıstan XİN rəhbəri Vaşinqton razılaşmaları münasibətilə Ararat Mirzoyanı təbrik edib.
Mirzoyan isə öz növbəsində Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması və sülh haqqında Sazişin paraflanması da daxil olmaqla əldə olunmuş razılaşmaların detalları barədə məlumat verib. O, həmçinin regional infrastrukturların açılması ilə yaranan imkanlara toxunub.
Ararat Mirzoyanla Jeenbek Kulubayev ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.