Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının bütün sosial ödənişləri başa çatdırılıb.
Belə ki, avqustun 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, avqustun 21-də digər bölgələrdə yaşayan şəxslərin və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları, avqustun 27-də isə avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.