BAKI, TurkicWorld, Nərmin Ağayeva
İsrail silahlı pilotsuz təyyarələri (PUA) Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Qusva bölgəsinə hücum edərək 6 Suriya əsgərini həlak edib.
TurkicWorld xəbər verir ki, Suriya dövlət televiziyası Əl-İxbariyyənin məlumatına görə, hücum dünən günorta saatlarında Dəməşqin cənub-qərbindəki Qusva bölgəsində Suriya ordusunun mövqelərinə qarşı həyata keçirilib.
Bundan əlavə, İsrail qüvvələrinin Quneytranın şimalındakı Tiranca kəndində bir evə hücumu nəticəsində 1 mülki vətəndaş həlak olub.
Suriya Xarici İşlər Nazirliyi hücumları “qətiyyətlə” pisləyib və İsrailin bu addımlarını suverenliyin pozulması kimi qiymətləndirib. X platformasında yayılan fikirlər, İsrailin Suriyadakı hərbi əməliyyatlarının regionda gərginliyi artırdığını göstərir.