RU

Masallıda 4 kq narkotik vasitənin dövriyyəsində şübhəli bilinən şəxs həbs edilib

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 46 yaşlı Eldəniz Abdullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakues.az-a verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 4 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Избранный
49
10
icma.az

10Источники