AZ

Masallıda 4 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb » AzadMedia.az


Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 46 yaşlı Eldəniz Abdullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 4 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Seçilən
31
10
azadmedia.az

10Mənbələr