RU

Laçının inkişaf salnaməsinin yeni səhifəsi ŞƏRH

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Zəngin təbiəti, geniş yaylaqları, əlverişli iqlimi ilə seçilən Laçın Azərbaycan üçün böyük nemətlər diyarıdır.1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinə Laçın adı verildi və şəhər statusu aldı. 1930-cu ildə inzibati ərazi vahidi kimi təsis edilən Laçın rayonunun mərkəzi də məhz Laçın şəhəri oldu.

Bu torpağın tarixi yalnız təbiət gözəllikləri ilə deyil, həm də faciəli səhifələrlə doludur. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri Laçını işğal etdi. İşğal nəticəsində yüzlərlə dinc sakin və hərbçi həlak oldu, əhalimiz didərgin düşdü. 217 mədəniyyət, 101 təhsil müəssisəsi, 142 səhiyyə ocağı, yüzlərlə təsərrüfat, tarixi abidələr, qəbiristanlıqlar və məscidlər məhv edildi. Ermənilər təkcə ərazini deyil, həm də tariximizi, yaddaşımızı silməyə çalışdılar.

Laçının itirilməsi o dövrün hakimiyyət davasının acı nəticəsi idi. AXC-Müsavat cütlüyü uğursuz siyasəti ilə həm Şuşanın, həm də Laçının işğalına zəmin yaratdı. Bu, təkcə bir şəhərin itirilməsi deyildi. Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə yarandı və bu, Azərbaycanın sonrakı torpaq itkilərinin başlanğıcı oldu.

2020-ci ilin Vətən müharibəsi ilə tarixi ədalət bərpa olundu. Üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. Daha sonra, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə götürüldü. Qələbənin rəmzi olaraq Prezident İlham Əliyevin sərəncamı ilə minlərlə əsgərimiz “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Azadlıqdan sonra Laçın yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin sözləri ilə desək: “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Əgər cənnətin təsviri varsa, bu gün Laçındadır.” Dövlətin diqqəti və vəsaiti sayəsində Laçın qısa zamanda dirçəlişə başladı. Enerji layihələri, yol-nəqliyyat infrastrukturu, kəndlərin bərpası, sənaye və kənd təsərrüfatı müəssisələri bu gün Laçını sürətlə ayağa qaldırır.

Laçında yol-nəqliyyat infrastrukturu da geniş miqyasda yenilənir. Kəlbəcər-Laçın avtomobil yolu, onlarla tunel və körpülər, eləcə də hava limanı regionu Azərbaycanın digər bölgələri və dünya ilə birləşdirir. 2025-ci ildə istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı ölkənin ən yüksəkdə yerləşən aeroportu kimi həm strateji, həm də turizm baxımından mühüm əhəmiyyət daşıyır.

Bütün bunlarla yanaşı, şəhərin öz siması da yenidən formalaşır.Baş plana əsasən Laçın müasir standartlara uyğun qurulur, yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət və turizm obyektləri tikilir. Zabux, Sus, Bəylik kəndləri büsbütün yenidən salınıb, sosial obyektlərlə təmin olunub. Böyük Qayıdış proqramı çərçivəsində minlərlə laçınlı 31 ildən sonra doğma torpaqlarına dönüb.

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Laçına ardıcıl səfərləri, açılış mərasimlərində iştirakı, sakinlərlə görüşləri bu torpağa verilən yüksək önəmin göstəricisidir.Bəhruz Ramazanov

YAP Qusar rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
7
sesqazeti.az

8Источники