RU

“Cadillac” 2026-cı il üçün heyətini təsdiqləyib

Bakı, 27 avqust, AZƏRTAC

“General Motors”un dəstəklədiyi ABŞ komandası təcrübəyə üstünlük verib. Belə ki, gələn mövsümdə sükan arxasında qələbələr qazanmış pilotlar olan Valtteri Bottas və Serxio Peres olacaq. Onlar birlikdə 527 Qran Pridə iştirak edib, 16 qələbə qazanıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

“Valtteri və Serxio kimi iki çox təcrübəli pilotla müqavilə imzalamağımız niyyətimizin bəyanıdır. Onlar hər şeyi görüblər və Formula 1-də uğur qazanmaq üçün nəyin lazım olduğunu bilirlər. Daha vacibi, komandanın qurulmasına necə kömək edəcəklərini anlayırlar. Onların liderlik keyfiyyətləri, daimi əlaqə qurmaq qabiliyyətləri, yarışlarda formalaşmış instinktləri və əlbəttə ki, sürətləri əvəzolunmaz rol oynayacaq”, - deyə komandanın rəhbəri Qrem Loudon bildirib.

“Cadillac” komandası ilə birlikdə karyeramda maraqlı yeni bir mərhələyə başlayıram. İlk söhbətlərimizdən bu layihənin arxasında dayanan insanların ehtirasını və qətiyyətini hiss etdim. İnkişaf edib irəliləyəcək və zamanla ön sıralarda mübarizə aparacaq bir komandanın üzvü olmaq mənim üçün böyük şərəfdir.

“Cadillac” Amerika avtomobil idmanının əfsanəvi adıdır. Belə bir möhtəşəm şirkətin “Formula 1” layihəsində iştirak mənim üçün böyük məsuliyyətdir və onu üzərimə götürməyə hazıram. Başlanğıcdan bu iddialı və əhəmiyyətli layihənin bir parçası olduğuma görə qürur duyuram. İnanıram ki, birlikdə bu komandanı real iddialı rəqibə – Amerika komandasına çevirəcəyik. Biz bütün qitənin dəstəyinə güvənirik və istəyirik ki, hamı bizimlə fəxr etsin”, - deyə Serxio Peres söyləyib.

Valtteri Bottas bildirib ki, “Cadillac” avtomobil idmanının kult brendidir. “Onun tarixinin bir hissəsi olmaq, xüsusən də qlobal “Formula 1” səhnəsinə çıxdığı anda mənim üçün inanılmaz dərəcədə vacibdir. Dünyanın ən yaxşı traslarında Amerika yarış ruhunu təmsil etmək imkanını səbirsizliklə gözləyirəm”, - deyə pilot vurğulayıb.

Избранный
20
1
azertag.az

2Источники