RU

Qazaxıstan klubu tarixi uğura nail oldu

Qazaxıstanın "Kayrat" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Azreform.info xəbər verir ki, Almatı təmsilçisi pley-off mərhələsində "Seltik"i (Şotlandiya) üstələməklə bu uğura imza atıb.

Qlazqoda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. Cavab matçının əsas və əlavə vaxtında da hesab açılmadığından qalibi müəyyən etmək üçün penaltilar seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan "Kayrat" (3:2) qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan klublarından turnirin pley-offunu keçmək (2015/2016) "Astana"ya müyəssər olmuşdu.

Избранный
26
4
azreform.info

7Источники