RU

Bakıda yeni binalara qaz verilişi dayandırılır, yalnız elektrikdən istifadə mümkün olacaq

Bakıda yeni tikilən bəzi yaşayış binalarına qaz verilməyəcəyi bildirilir. Bildirilir ki, bundan sonra binalarda qazanxana sistemi tikiləcək, ümumi istilik sistemi quraşdırılacaq. Sakinlər qaza ehtiyac yarandıqda elektrikdən istifadə edəsi olacaqlar. Bunun isə vətəndaşlara baha başa gələcəyi bildirilir.

 

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Pravda.az-a açıqlamasında sözügedən layihəni dəstəklədiyini bildirib.

Ekspert

“Yemək bişirməyə və ya çay dəmləməyə o qədər də qaz sərfiyyatı olmur. Yay aylarında dörd-beş nəfərdən ibarət ailədə üç-dörd manat qaz sərfiyyatı olur. Qaz sərfiyyatı qış aylarında, yəni evlərin qızdırılmasında daha çox olur. Qazanxana tipli istilik sistemləri quraşdırılsa, qış aylarında mənzillər istilik sistemi ilə təchiz edilsə, onda elektrik enerjisinə o qədər də iş düşməyəcək. Elektrik enerjisinin qazdan çox yazacağını düşünmürəm. Elektrik enerjisi qaza nisbətən daha ucuzdur, uyğun qiymətədir. Dövlət yaşayış binalarına qış aylarında fasiləsiz isti su və istilik verəcəksə, bu, insanların ciblərinə uyğun olacaq, həm də normal istilik ala biləcəklər. Hərənin ayrı kombi yandırmasına nə ehtiyac var? Binanın altında qazanxana tipli mərkəzi istilik sistemi qurmaqla fasiləsiz isti su və istilik vermək olar. Məsələn, bir binada qış ayında 50 min kub qaz istifadə olunurdusa, mərkəzi istilik sisteminə keçəndə uzağı 10 min kub qaz sərfiyyatı olacaq. Bu, dövlət üçün də, insanlar üçün də əlverişli olacaq. Əvvəla, elektrik enerjisində 10-15%-lik artım vətəndaşın cibi üçün o qədər də zərərli olmaya bilər. Həm də az sərfiyyat nəticəsində qazın xaricə satışı artacaq, ölkəmizə yeni valyuta daxil olmasına gətirib çıxacaq. Azərbaycanın qazdan gələn gəliri bir neçə dəfə artırılacaq. Bu qərar çoxdan olmalı idi”, - ekspert bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 27 Avqust 2025, 08:31   
Избранный
17
pravda.az

1Источники