RU

Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze

Qərb ölkələrinin nümayəndələri Rusiyaya qarşı ikinci cəbhə açacaqları təqdirdə Gürcüstan hakimiyyətini silahla təmin etməyi təklif ediblər.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.

“Gürcüstanın baş nazirinin kabinetində birbaşa təhdidlər, şantaj və təhqirlər olub ki, ölkədə ikinci cəbhə açılsın. Onlar hamıya kömək edəcəklərini, müvafiq hərbi texnika ilə təmin ediləcəyini və digər şeylər veriblər", - Kaladze bildirib.

Onun sözlərinə görə, sübutların təqdim edilməsi zəruri olarsa, hakimiyyət danışıqların təfərrüatlarını açıqlamağa hazırdır.

“Lakin ölkənin maraqlarından çıxış edərək, hər şeyi olduğu kimi saxlamaq daha yaxşıdır”.

Избранный
40
3
axar.az

7Источники