Amerikanın “SpaceX” şirkəti çərşənbə axşamı 10-cu sınaq uçuşu üçün “Starship” kosmik gəmisinin prototipi olan raketi buraxıb.
"Report"un xəbərinə görə, yayım şirkətin “X”dəki səhifəsində aparılır.
Raket şərq sahili vaxtı ilə saat 19:30-da (Bakı vaxtı ilə 03:30) Texasdakı “Starbase” kosmodromundan havaya qalxıb. Buraxılışdan təxminən yeddi dəqiqə sonra, super ağır “Starship” gəmisinin ilk mərhələsi kimi xidmət edən, təkrar istifadəoluna bilən raket gücləndiricisi Meksika körfəzində üzən platformaya sıçradı.
2025-ci ildəki əvvəlki üç buraxılış gəminin itməsi ilə başa çatdı. Onuncu uçuş zamanı şirkət öz qarşısına gücləndiricinin buraxılış meydançasına nəzarətli şəkildə qaytarılması vəzifəsini qoymamaq qərarına gəlib.