Xətai rayon ərazisindən keçən magistral su xəttində təmir-bərpa işləri aparılır.
Doğru.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb ki, bu gün saat 23:00-dan rayonun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.
Bildirilib ki, avqustun 27-si günorta saatlarında suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
DOĞRU.AZ